XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2017 - 15:36

Lavrov Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardaATƏT-in fəal iştirakına ümid bəsləyir

Russian Foreign Minister, Sergey Lavrov, meets with veteran Syrian exiled opposition figure, Haitham Manna, in Moscow, Russia, Friday, Aug. 14, 2015. The meeting was part of Russia's new effort to help mediate the Syrian conflict. (AP Photo/Ivan Sekretarev)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəsləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində bildirib.

S. Lavrov deyib ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcəyinə ümid edir: “Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.

S. Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.  (APA)