XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2017 - 11:27

Astana prosesində ilk dəfəİordaniya təmsilçiləri iştirak edəcək

A view of the lobby of Astana's Rixos President Hotel, the place that will host Syria peace talks, in Astana, on January 22, 2017.  / AFP PHOTO / Kirill KUDRYAVTSEV

Bu gün Rusiya, Türkiyə, İran və BMT ekspertləri Suriyada atəşkəs sazişinin həyata keçirilməsini müzakirə etmək üçün Qazaxıstanın paytaxtı Astanada texniki görüş keçirir.

Strateq.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov danışıqlarda ilk dəfə İordaniya nümayəndələrinin iştirak edəcəyinin gözlənildiyini bildirib. Onun sözlərinə görə, iclasın gündəliyinə hərbi əməliyyatların dayandırılmasından sonra Suriyanın silahlı müxalifəti ilə atəşkəs təklifinin müzakirəsi və onu həyata keçirmə seçənəkləri daxildir.

"Söhbət atəşkəs rejiminə nəzarət etmək üçün mexanizm yaratmaqdan gedir", – deyə XİN sözçüsü bildirib.

A.Jaynakov qapalı görüşdəki nümayəndə heyətlərinin tərkibi açıqlamayıb.