XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 13:57

YAP-çı deputat:“Ölkədə 1,5 milyon yeni iş yeri yaradılıb”

rauf deputat

“Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,5 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Deputat bildirib ki, dövlət yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır.

"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır”,  deyə Rauf Əliyev vurğulayıb.

R.Əliyev bildirib ki, ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.

Onun sözlərinə görə, ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır.

"Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə onlarca böyük əmək tutumlu sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb”.