XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 14:40

Akif Çovdarov və digərlərinin məhkəməsində şahidlər ifadə verib

Çovdar

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Kürdəmir rayonun İcra Hakimiyyəti başçısının keçmiş müavini Əşrəf Rzayev və Kürdəmir rayonunun keçmiş bələdiyyə sədri Mətləb Rzayev şahid qismində ifadə verib. Hər iki şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini,  A. Çovdarovu tanımadıqlarını deyiblər. Ə. Rzayev bildirib ki, icra başçısı ondan bir nəfərə torpaq verilməsini istəyib. O, da araşdırıb və boş olan torpaq sahəsini sənədləşdirib. (APA)

 M. Rzayev isə ifadəsində deyib ki, həmin torpaq sahəsi onlara məxsus olub. Ə. Rzayev və icra başçısının digər bir nümayəndəsi ona hədə-qorxu gələrək torpaq sahəsindən imtina etməyi tələb ediblər. Onlar da məcbur qalıb deyilənləri ediblər.

Proses günün ikinci yarısında davam edəcək.