XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 17:08

Pakistan səfiri:“Qarabağ məsələsində Azərbaycana köməyimizi əsirgəməyəcəyik”

pakistan sefir

“Kəşmir məsələsində Pakistanı dəstəklədiyinə görə, Azərbaycana təşəkkür edirik. Həmişə olduğu kimi Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqına köməyimizi əsirgəməyəcəyik

Strateq.az xəbər verir ki, bunu Kəşmirlə Həmrəylik Günü münasibətilə keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib. Səfir əlavə edib ki, fevralın 3-də Pakistan parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Eyni qətnamə 4 il əvvəl Pakisan Senatında da qəbul olunub.

“Son altı ay ərzində Hindistan silahlı qüvvələri tərəfindən 120 ölüm və çoxu ağır vəziyyətdə olmaqla 20 min insan yaralanıb”, – deyə mətbuat konfransında səfir Said Xan Mohmand bildirib.

Səfir deyib ki, Pakistan xalqı və hökuməti Hindistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirin məzlum xalqına özlərinin fundamental hüquqları uğrunda apardıqları mübarizədə mənəvi, diplomatik və siyasi dəstəyini davam etdirəcək: “Hindistan son 70 ildə nəinki Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edir, həmçinin onlara ən ağır insan hüquqlarının pozulması, zorakılıq və zülm tətbiq edir. Kürəcik silahların istifadəsi zamanı 150-dən çox insan kor qalıb, 1000-dən çox insan ağır göz xəsarəti alıb”.

S.X.Mohmand deyib ki, Cammu və Kəşmir mübahisəsi yerinə yetirilməmiş öhdəlik kimi gündəmdədir və BMT-nin TŞ-nın gündəmində gözləyən ən köhnə münahisədir. Pakistan hökuməti məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə səslənərək, Hindistanın işğalçı qüvvələri tərəfindən Cammu və Kəşmirdə davam edən insan hüquqlarının pozulmasında müstəqil araşdırma tələb edir.