XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2017 - 17:46

İranlı alimə edam cəzası:o, İsrailin xeyrinə casusluqda ittiham edilir

Ahmadreza-Jalali

"Independent" nəşri İsrailin nəfinə casusluq etdiyinə görə Brusseldəki Vrije Universiteitnin (VUB) əslən iranlı professoru Əhməd Rza Cəlali barədə edam hökmünün çıxarılmasına dair məlumat yayıb.

Nəşrin yazdığına görə, Ə.Cəlali 2016-ci ilin aprel ayında İrandakı ailəsinə baş çəkmək üçün vətəninə səfər edib və İnformasiya Nazirliyinin ("Ettelaat") əməkdaşları tərəfindən saxlanılıb.

Strateq.az xəbər verir ki, "De Morgen" (Belçika) qəzetinə müsahibəsində Ə.Cəlalinin bacısı qardaşının "ölüm cəzası nəzərdə tutan etirafnaməni imzalamağa məcbur edildiyini" bildirib. "İran hökuməti üçün bu, milli təhlükəsizlik məsələsidir. Onu düşmən dövlətlərin alimləri ilə əməkdaşlıqda ittiham ediblər".

VUB-dakı araşdırma qrupunun rəhbəri Iv Hublo bildirib ki, universitetin alimi kimi Ə.Cəlali həqiqətən İsraildən olan həmkarları ilə əlaqə saxlayıb və bu, sırf elmi məqsədlər daşıyıb.

Universitetin rektoru Karolin Pauvels deyib ki, "bu, insan hüquqlarının çirkin pozulma halıdır və biz qətiyyətlə buna etiraz etməliyik".

45 yaşlı Əhməd Rza Cəlali Təbriz Universiteti tibb fakültəsinin məzunu, doktorluq elmi dərəcəsinəı malik alimdir. O, bir sıra beynməlxalq araşdırmaların iştirakçısıdır.

Ə.Cəlalinin azad edilməsi tələbi ilə prezident Həsən Ruhaniyə ünvanlanan etiraz məktubuna hazırda 50 min imza atılıb.