XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 17:46

QHT Koalisiyası bəyanat yaydı:"“Altılıq” Azərbaycanın MHŞT-dən çıxarılmasına çalışır"

meden

 

"Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyası son günlər adı ətrafında yaranmış qalmaqlla bağlı açıqlama ilə çıxış edib. Strateq.az-a daxil olan açıqlamada deyilir:

"Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun (ÇTQ) 02 fevral 2017-ci il tarixli iclası ilə bağlı MSŞA Koalisiyası Şurası adından açıqlama verilib.

İlk növbədə qeyd edilməlidr ki, bu açıqlama subyektiv mülahizələrə əsaslanır və proseslərə birətərəfli münasibəti əks etdirir.

Bir müddət əvvəl Koalisiya Şurası adından ÇTQ-yə seçkilər elan olunanda, Koalisiya Şurasının 5 üzvü müvafiq xəbərdarlıqla çıxış edib.  Koalisiyada yaranmış vəziyyət xatırladılaraq qeyd olunub ki, bu prosesdə Koalisiya Şurasının 5 üzvü iştirak etmir. Belə vəziyyətdə ÇTQ-yə seçkilər elan olunması və keçirilməsi Koalisiyanın ümumi rəyini ifadə  edə bilməz. Çünki bu halda ÇTQ-yə yeni üzvlərin seçilməsi Koalisiya Şurasının məlum 6 üzvünün sövdələşməsi nəticəsində baş tutacaq. Bu isə bütövlükdə Koalisiyanın, onun İdarə Heyətinin deyil, siyasi qüvvələrin dəstəyi ilə Koalisiya Şurasına seçilən “altılığın” seçimi olacaq. ÇTQ-də yalnız “altılığın” təmsil olunmaması, kompromis əldə edilməsi üçün təklif də irəli sürülub. Təklif edilib ki, ÇTQ-yə 3 nəfər nümayəndə Koalisiya Şurasının 5 üzvü, 3 nəfər isə digər 6 üzvü tərəfindən seçilsin. Lakin bu kompomis təklif “altılıq” tərəfindən qəbul edilməyib.

02 fevral 2017-ci il tarixdə ÇTQ-nin iclasında da bu arqumentləri əsas gətirərək, hökumət və şirkətlərin nümayəndələrindən xahiş olunub ki, yalnız “altlığın” “seçdiyi” şəxslərin mandatı təsdiq olunmasın. Çünki bu, bütün Koalisiyanın iradəsini əks etdirmir və “altlığın” öz mövqeyini Koalisiya ilə yanaşı, hökumət və şirkətlərə də  qəbul etdirmək, onları fakt qarşısında qoymaq manevridir.

ÇTQ-nin iclasında hökumət və şirkət nümayəndələri tərəflərin arqumentlə dinlənilib, müzakirə aparılıb. Müzakirələr zamanı hökumət və şirkət nümayəndələri belə fikirlər səsləndirdilər ki, bu məsələdə Koalisiyanın ümumi rəyinin olması vacibdir. Koalisiya öz daxili problemlərini özü həll etməlidir. Hökumət və şirkətlər bu məsələlərdə tərəf ola, tərəflərdən birinin mövqeyini dəstəkləyə bilməz.

Müzakirələr başa çatmamış görüşdə iştirak edən Qubad İbadoğlunun təkidi ilə Oktay Gülalıyev, İlqar Hüseynli, Nəsimi Məmmədli, Azər Rəsulov iclası tərk ediblər. 

Müzakirələrin sonunda Koalisiyada yaranmış vəziyyətin müzakirəsi üçün ÇTQ-nin sədri Şahmar Mövsümov 07 fevral 2017-ci il tarixdə Koalisiya üzvləri ilə görüş keçirilməsini təklif edib.

Hesab edirik ki, hökumət və şirkət nümayəndələri yaranmış vəziyyətdə yeganə düzgün addım ataraq Koalisiya üzvləri ilə görüşmək qərarı veriblər.

Eyni zamanda Q.İbadoğlu tərəfindən ÇTQ-nin iclasının gündəliyinə MHŞT ilə bağlı Milli Konfrans keçirilməsi məsələsi salınıb. Bu, sırf Koalisiyaya aid məsələ olduğu üçün gündəlikdən çıxarılması xahiş olunub. Bu konfransın keçirilməsində məqsəd Koalisiya Şurasının məlum 6 üzvünün hökumət və şirkətləri dəvət etməklə tədbir təşkil edərək Koalisiya üzvləri və cəmiyyət qarşısında legitimlik qazanmaq cəhdi kimi qiymətləndirilə bilər.

ÇTQ üzvləri bununla bağlı arqumentləri dinləyərək,  konfransın keçirilməsinin cari məsələ kimi müzakirəsinə razılıq veriblər. 

“Altılığın” əsil niyyəti Azərbaycanın MHŞT-dən çıxarılmasına nail olmaqdır. Azərbaycanın MŞHT-dən çıxarılması qərarı veriləcəksə, bunun məsuliyyətini “altılıq” daşıyacaq. 

Bu həqiqətləri bilmək Koalisiya üzvləri və cəmiyyətin haqqıdır.