XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

07 Fevral 2017 - 18:04

İordaniya kralına gizli mesaj –Məzmunla bağlı iddialar var

abdulla-sisi

"Rey əl-Yəvm" nəşrinin iddiasına görə, Misirin xarici işlər naziri İordaniyaya səfəri çərçivəsində bu ölkənin kralına prezident Sisidən mesaj çatdıracaq. İsmarış Suriyanın Ərəb Dövlətləri Liqasına (Ərəb Birliyi) qaytarılmasından ibarətdir.

Xatırladaq ki, bu günlərdə Dubayda təşkil olunmuş konfransada Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir təkliflə çıxış etmiş və rədd Liqa rəhbərliyindən cavabı almışdı.

Strateq.az xəbər verir ki, Misirin xarici işlər naziri Samih Şükri bu gün Əmmana gəlib. Onun prezident Əbdülfəttah Sisidən kral II Abdullaha mesaj çatdıracağı öncədən elan olunmuşdu. Lakin ismarışın məzmunu hələ açıqlanmayıb.

Misir prezidenti Hüsnü Mübarək bir müddət əvvəl Suriyanı Ərəb Birliyi zirvəsinə dəvət edib.