Bu gün Ağ Evdə keçirdiyi brifinqdə mətbuat katibi Şon Spayser İran liderinin iradlarına cavab verməli olub.
Strateq.az xəbər verir ki, fevralın 7-də hərbi hava qüvvələri komandanları ilə görüşdə Ayətullah Xamnei bildirib ki, ballistik raket sınaqlarına görə İranı təhdid edən prezident Donald Tramp Amerikanın "real siması"dır. "O, Amerikanın iç üzünü göstərdi, buna görə ona (Trampa) minnətdarıq".
Ağ Ev sözçüsü bildirib ki, İran ABŞ-da yeni rəhbərliyi olduğunu etiraf etməlidir.
"Bu prezident rahat oturmaq və İranın birgə razılığı pozmasına imkan vermək niyyətində deyil. Məncə, İran bu şəhərdə (Vaşinqton) yeni prezidentin olduğunu anlamırsa, zarafat edir", – deyə Spayser brifinqdə bildirib.