XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 18:35

Rusiyalı politoloq:“Aleksandr Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin uğurudur”

Markov 2

“Aleksandr Lapşinin ekstradisiya olunması Azərbaycan dövlətinin uğurudur. Bu, Azərbaycan dövlətinin güclü olmasının göstəricisidir. Lapşinin ekstradisiyası həm də Azərbaycan hakimiyyətinin nüfuzunun möhkəmlənməsinə xidmət edir”.

Bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov deyib.

S.Markov bildirib ki, Azərbaycan rəhbərliyi ölkə qanunlarının qəti şəkildə yerinə yetirilməsində təkid edir: “Azərbaycanın qanunlarına görə, onun icazəsi olmadan Dağlıq Qarabağ regionuna səfər etmək qanunsuzdur. Lapşin həmin qanunu pozmuşdu və bu azmış ki, hələ üstəlik sosial şəbəkələrdə Azərbaycanın qanunu pozduğuna görə fəxrlə öyünmüşdü. O, Dağlıq Qarabağ səfər etdikdən sonra başqa pasportla yenidən Azərbaycana səfər etmiş və sosial şəbəkədə bu barədə nümayişkaranə şəkildə öyünmüşdü. Hətta Dağlıq Qarabağa yenidən səfər etmək üçün pul toplamağa başlamışdı. Bütün bunlardan sonra Azərbaycan dövləti onu axtarışa verdi”.

Rusiyalı politoloq təmsil etdiyi ölkədən asılı olmayaraq, hər bir vətəndaşın Azərbaycanın qanunlarına hörmət etməli olduğunu vurğulayıb: “Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq”.

S.Markov Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir: “İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Fikrimcə, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya ekstradisiya ediləcək. Bu addım isə ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə xidmət edəcək”.  /APA