XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 11:34

ABŞ səfiri REAL rəhbərliyi ilə görüşdü –Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olundu

sekuta esas

Fevralın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfirliyin siyasi işlər üzrə müşaviri Susan Çesli, səfirliyin təmsilçisi Uilyam Solli ilə REAL-ın icra katibi Natiq Cəfərli və İdarə Heyətinin üzvü Azər Qasımlı arasında görüş olub.

Bu barədə Natiq Cəfərli "Facebook" səhifəsində yazıb.

Onun məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər, inkişaf perspektivləri, REAL Hərəkatının sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son günlərdə REAL-a qarşı artmaqda olan təyziqlər müzakirə edilib.

Görüşün sonunda müzakirələrin davamlı aparılması qərara alınıb.