XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 17:09

Zaxarova:“Biz Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsini təkid etmirik”

zaxarova

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat yoxdur”.

Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Münhen təhlükəsizlik konfransı çərçivəsində bu formatda görüşün keçirilib-keçirilməyəcəyi hələ məlum deyil: “Biz görüşün keçirilməsi üçün təkid etmirik. Münaqişə tərəflərinə görüşün keçirilməsi barədə təklif vermişik. Hələlik Münhen konfransında görüşlərin qrafiki məlum deyil. Biz tərəflərlə təmaslarımızı davam etdiririk. Münhen konfransının keçirilməsinə yaxın bu görüş barədə məlumat verəcəyik”.   (APA)