XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 18:03

Siyavuş Novruzovdan açıqlama:“Çəki atıram”

Siyavuş

YAP-çı millət vəkili Siyavuş Novruzovun televiziyaların birinin efirindən götürülmüş şəkli dünəndən etibarən sosial şəbəkələrdə müzakirə olunur.

Sözügedən şəkildə millət vəkili xeyli zəifləmiş və arıq halda görünür. Bu da istifadəçilər arasında millət vəkilinin sağlamlığında problem olması məsələsini gündəmə gətirib.

“Qafqazinfo”ya açıqlamasında foto ilə bağlı S.Novruzov bunları deyib:

“Birincisi, mənə nə olub, ya da olmayıb, bunun kimə aidiyyatı var? Mətbuat gör nə günə düşüb ki, belə məsələləri müzakirə edir. Güllə ilə vurulmamışam, avtomobil qəzasına düşməmişəm. 

İkincisi, uşaqdan böyüyə kimi hamının səhhətində müəyyən problemlər yarana bilər və bu çox normal haldır.

Üçüncüsü, mən istirahətdən yeni qayıtmışam. Sağlam həyat tərzi sürürəm. İdmanla və dieta ilə çəki atıram. Hazırda da öz işimin başındayam. Hər şey qaydasındadır”.