XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2017 - 14:18

Deputat:"Minsk Qrupundan münaqişənin həlli üçün nəyisə gözləmək sadəlövhlükdür"

Fransa prezidenti Fransua Ollandın “Madrid prinsipləri” tətbiqi olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər” fikrini söyləməsi artıq ATƏT-in Minsk Qrupundan münaqişənin həlli üçün nəyisə gözləməyin sadəlövhlük olduğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

Deputatın fikrincə, belə fikirlər bir daha onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sadəcə olaraq, dünya ictimaiyyətini aldadırlar, onlar Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyillər: “O, ermənipərəst qüvvələrin birliyidir. Bunun özü göstərir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin prezidentinin belə deməyi artıq həmin qurumdan nəyisə gözləmək sadəlövhlükdür”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporunun üzvləri ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiqi olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.