XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2017 - 14:18

Lavrov:"İranı əsassız antiterror koalisiyasından “silmək” praqmatik deyil"

lavrov

Rusiya XİN rəhbəri ABŞ-ı “Hizbullah”ın İŞİD-ə qarşı mübarizə apardığını etiraf etməyə çağırıb

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın NTV telekanalına müsahibəsində bildirib ki, əgər İranın terrorçuları dəstəkləməsinə dair şübhə varsa, bu məsələyə baxmaq olar: “Ancaq sadəcə, İranı əsassız yerə antiterror koalisiyasından “silmək” praqmatik deyil”.

Sağlam düşüncəni zəruri sayan S. Lavrov qeyd edib ki, əgər ABŞ prezidenti Donald Tramp üçün beynəlxalq arenada əsas prioritet terrorizmlə mübarizədirsə, Suriyada İŞİD-ə qarşı Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya ordusu və İranın dəstəklədiyi “Hizbullah” Hərəkatının bölmələri döyüşür: “ABŞ rəhbərliyi də bunu etiraf etməlidir. Bu məsələdə prioritetləri seçmək lazımdır”.

Qeyd edək ki, bundan əvvəl ABŞ müdafiə naziri Ceyms Mettis İranı terrorizmin əsas sponsorlarından biri adlandırıb. /APA