XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 12:20

Vahid Əhmədov:“Dollar kreditini həll etmək lazımdır, bu belə davam edə bilməz axı...”

C 

“Sizə açığını deyim, bu dəqiqə banklar çox böyük gəlir əldə edirlər. Qabaqlar 4 faizlik marja var idi, o marja götürüldü. İndi birdən-birə banklar istənilən qiymətə alıb-satırlar. Maliyyə bazarında pul qıtlığı olduğu üçün ondan istifadə edirlər. Bu, istər xarici, istər daxili investorlar üçün problem yaradır. Milli valyuta müəyyən qədər stabil vəziyyətdə olmadığı üçün onlar da bura investisiya qoymağa çəkinirlər”.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müshaibəsində deputat Vahid Əhmədov deyib.

Deputatın fikrincə, bu, müvəqqəti haldır. Ola bilər müəyyən problemlərin həlli üçün bu addımlar atılır. Onun sözlərinə görə, dövriyyəyə vəsait buraxılmalı, pul qıtlığı olmamalıdır ki, Azərbaycanda istehsal, real sektor inkişaf etsin.

“İstənilən iş adamı, istər xarici, istər yerli olsun, iki məsələyə üstünlük verirlər: birincisi, o dövlətdə stabillik olsun. Allaha şükür, Azərbaycanda stabillik var. İkincisi də valyuta məsələsində problem olmasın, insanlar alış-verişdə çox uduzmasınlar, arxayın olsunlar ki, 1 dollar 1,80-dirsə, bu, uzun müddət gedəcək, burada 1-2 qəpik söhbəti ola bilər. Amma belə panika olanda əlbəttə ki, ciddi problem yaranır. Həm də bu vəziyyətdən sui-istifadə edirlər.

V.Əhmədov bildirib ki, bu gün hamını ən çox narahat edən bank sistemi ilə əlaqəli məsələlərdir: “Bu dəqiqə vaxtı keçmiş kreditlərin məbləği 1,5 milyardı keçib, bunu həll etmək lazlımdır. Bu, uzun müddət belə davam edə bilməz axı. Biz də təklif vermişik ki, dollarla olan kreditləri həll etmək lazımdır. Bu, həm bank sisteminin sağlamlaşdırılması, həm də bu gün məhkəmələrdə qalan əhali üçün əhəmiyyətlidir”.

V.Əhmədovun bildirib ki, bank sisteminin sağlamlaşdırılması ilə bağlı deputat həmkarı  Əli Məsimli ilə bir yerdə 14 səhifəlik təkliflər versələr də hələlik təkliflərinə cavab verilməyib.