XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 15:59

Milli Məclisin növbəti iclası sabah olacaq –"Hərbi vəziyyət haqqında” qanun müzakirə ediləcək

meclis02

Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən  bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılacaq, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.Deputatlar Meşə, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxacaqlar.

Milli Məclis "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.