XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 16:56

Aqil Abbas yazdı:“Qaşınmayan yerdən qan çıxaranlar, bəsdirin də!”

aqil-abbas

Aqil Abbas

Milli Məclisin üzvü, deputat

Bir azərbaycanlıya Ermənistanda siyasi sığınacaq veriblər, ailəsi ilə birlikdə. İndi baxıram, mətbuatda, saytlarda, sosial şəbəkələrdə qırğındı: «Özünü azərbaycanlı kimi təqdim edən talış»; «O, azərbaycanlı deyil, talışdı» və sair və ilaxır. Özü də bunu deyənlərin bəziləri ölkədə az-çox tanınan qələm sahibləridi.

Düzdü, bəzi ziyalılarımız və xüsusilə də qazilər belələrinə öz tutarlı cavablarını veriblər və verirlər.

Erməni məkri öz rolunu oynayır və bizimkilər də qaşınmayan yerdən qan çıxarırlar. Bəsdirin də, düşmən dəyirmanına su tökürsüz. Türkeş deyir: “Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdü! Kürd hara qədər kürddürsə, türk də ora qədər kürddür!” İndi Türkeşin dili ilə desək: Türk hara qədər türkdürsə, talış da ora qədər türkdü! Talış hara qədər talışdırsa, türk də ora qədər talışdı!

Ən azı Qarabağ savaşında bizimlə bərabər son damla qanına qədər vuruşan və yüzlərlə şəhid verən qardaşlarımızın və hər il mayın 9-da heykəlinin önünə əklil düzdüyümüz, heykəlinin önündə baş əydiyimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ruhuna hörmət edin!