XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 13:13

XİN:"Ueldanovun Azərbaycanda saxlanma şərtləri Avropa tələblərinə cavab verir"

Azərbaycanda barəsində istintaq davam edən Rusiya vətəndaşı Marat Ueldanovun saxlanma şərtləri Avropa tələblərinə cavab verir.

"Trend"in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi onun sağlamlığının qənaətbəxş olduğunu Rusiya XİN-ə məlumat verib.

M.Zaxarova son zamanlar M.Ueldanovun qohumlarına istinadən bir sıra KİV-lərin ona tibbi xidmət göstərilmədiyi barədə məlumatı təkzib edərək, onun lazımı qaydada tibbi yardım aldığını və müalicə kursunu da keçdiyini bildirib.