XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 10:42

Deputat Fəzail Ağamalı:“Biz gözləyirik...”

fezail

“Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” beynəlxalq hüquq normalarına zidddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır”.

Bunu "Trend"ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət buna qəti etirazını bildirməlidir: “Biz gözləyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar, xüsusən bu problemin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qeyri-qanuni “referendum”a qəti etirazlarını bildirsinlər. Əgər bütün bunlar olmasa, biz birmənalı şəkildə qəbul edəcəyik ki, beynəlxalq ictimaiyyət də, Minsk qrupunun həmsədrləri də Ermənistanla artıq açıq şəkildə eyni məqsədə xidmət edirlər və işğal olunmuş torpaqlarımızın Ermənistanın təcavüzü altında saxlanmasında maraqlıdırlar”.

Deputat bildirib ki, bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür: “Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün hərəkətə keçəndə nə beynəlxalq təşkilatların, nə də Minsk qrupunun həmsədrlərinin Azərbaycana dayan deməyi üçün heç bir mənəvi və hüquqi əsasları olmayacaq”.