XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 10:54

“Məhkəmə qərarlarının vaxtında icra olunmaması narahatlıq doğurur” –6 hakimin səlahiyyətlərinə xitam verilib

mehkeme

“Məhkəmə qərarlarının vaxtında icra olunmaması daha çox narahatlıq doğurur və Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi qərarların birtərəfli qəbul edilməsi və onların icrasının təmin edilməməsi barədədir. Qəbul olunmuş məhkəmə qərarlarının icrası aidiyyəti qurumlarda yubadılır.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub.

Sənəddə qeyd olunur ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

“Məhkəmələrin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun Qaradağ, Səbail, Suraxanı, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Goranboy, Göygöl, İsmayıllı, Nizami (Gəncə), Saatlı, Sabirabad, Tovuz şəhər və rayonlarından müraciətlər nisbətən çoxdur”.

Hesabatda vurğulanır ki, şəhər və rayon məhkəmələrinin hakimləri bəzi hallarda qəbul etdikləri qərarlarla vətəndaşların mənafelərini qorumaq adı ilə qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir, bu da sonradan bir çox problemlərin yaranmasına səbəb olur.

Hesabatda deyilir ki, ədliyyə orqanlarının fəaliyyəti barədə şikayətlərdə, əsasən, məhkəmələrin qəbul etdiyi qərarların icrasının yerlərdə ləngidilməsindən narazılıq edilir. Qeyd olunur ki, son illərdə bu məsələyə diqqət artırılıb. İcra üçün Ədliyyə Nazirliyinə daxil olan işlərin sayı 60 faiz artmış və 300 mindən çox işin icrası təmin edilərək, hüquqi və fiziki şəxslərə dəyən 548 milyon manat vəsait ödətdirilib.

“İcra məmurları qanunun tələblərini yerinə yetirməyən 6548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edib, 3519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. İl ərzində nazirlikdə 50 mindən çox vətəndaşın müraciətinə baxılmış, 15 min 700 vətəndaş nazirlikdə və bölgələrdə qəbul edilib”.