XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 17:55

“Bu görüş işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır” –Politoloqdan Gerasimov-Danford görüşünə şərh

Elxan Şahinoğlu

"ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb. Ermənilər də anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, dünən və bu gün Ermənistanın neçə saytına baxıb, bircəciyində generalların Bakı görüşü haqqında məlumat yoxdur:

"Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaqlar. Onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edirlər. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır".