XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 18:18

Siyasi icmalçı Azər Rəşidoğlu:“Tramp istəsə belə, Rusiyanın qarşısından geri çəkilə bilməz”

azer residoqlu

ABŞ Prezidenti Donald Trampın administrasiyasından Rusiyanı şok edəcək açıqlama yayılıb. Ağ Ev sözçüsü Şon Spayser Trampın Rusiyadan Krımı Ukraynaya qaytaracağını gözlədiyini deyib:

"Tramp Rusiyadan Ukraynada gərginliyi azaltmasını və Krımı qaytarmasını gözlədiyini açıq şəkildə ifadə edib. Rusiyaya sanksiyalar mövzusunda da hər hansısa dəyişiklik olmayacaq”. ABŞ rəsmisi ölkəsinin Rusiya ilə yaxşı münasibətlər qurmaq istədiyini də qeyd edib. Xatırladaq ki, yaxın müddət ərzində Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacağı deyilir. Ekspertlər bəyan edirlər ki, əgər Tramp Ukrayna və Krım məsələsində sələfi Obamanın siyasətini yeridəcəksə, o zaman Ağ Ev rəhbərinin Putinlə görüşü heç bir nəticə verməyəcək. Hətta siyasi şərhçilər bu cür sərt açıqlamaların Vaşinqtonla Moskva arasında əlavə gərginlik yaradacağını bəyan edirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Krım Rusiyanın tərkib hissəsidir. Bunu Trampla yanaşı, Putin də çox yaxşı dərk edir:

"Moskva Luqansk və Donetski işğal etməklə, fokusları Krımdan yayındırmaq istəyir. Şərqi Ukraynada baş verənlər Krım problemini unutdurmağa yönəlib. Lakin Ukraynada cərəyan edən proseslər artıq ABŞ-ın təhlükəsizlik probleminə çevrilib. Odur ki, Vaşinqtonun Kremlə dərs verəcəyi ehtimalı böyükdür. Prezidentin kim olmasının elə də böyük önəmi yoxdur. Milli təhlükəsizlik və Amerikanın maraqları baxımından ABŞ-Rusiya arasındakı soyuq savaş qaçılmazdır. Tramp istəsə belə, Rusiyanın qarşısından geri çəkilə bilməz. Əgər bunu edərsə, onun hakimiyyətinin sonu gələ bilər. Bu baxımdan, Trampın Putinlə görüşünün nəyisə dəyişəcəyini düşünmürəm”.