XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

29 Mart 2015 - 11:14

Con Kerri ABŞ-a qayıdışını tәxirә salıb

Ştaynmayer: “12 illik danışıqlardan sonra, nәhayәt, oyun sona çatır”

ABŞ dövlәt katibi Con Kerri İran nüvә danışıqlarına görә ABŞ-a qayıtma planını tәxirә salaraq İsveçrәdә qalıb.

BBC news yazır ki, Dövlәt Departamenti Con Kerrinin daha uzun danışıqlara görә Lozannada qalmalı olduğunu tәsdiq edib.

Dünyanın 6 güclü dövlәtinin xarici işlәr nazirlәri sanksiyaların yumşaldılması müqabilindә nüvә proqramlarının mәhdudlaşdırılması üçün İranla razılığa gәlmәk istәyir.

Kerri mərhum həmkarı Edvard Kennedinin anım tədbirində iştirak etmәyi səbirsizliklə gözləyirdi, lakin İsveçrədə İranla aparılan danışıqlar sәbәbilә qalmaq qərarına gəlib” deyә ABŞ Dövlət Departamenti bildirib.

Danışıqlarda İran nüvә sihahı yaratmaq mәqsәdini inkar edir vә ümid edir ki, razılaşma Tehrana qarşı tәtbiq olunan beynәlxalq sanksiyalara son qoyacaq.

Şәnbә günü Almaniya xarici işlәr naziri Frank Valter Ştaynmayer deyib ki, İranla 12 illik danışıqlardan sonra, nәhayәt, “oyun sona çatır”.

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif isә bu sahәdә böyük irәlilәyişlәr oldugunu bildirib.

Elay