XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 13:05

Mənsur Həqiqətpur:"Beynəlxalq təşkilatlar, BMT bu "referendum"u tanımayacaq"

“Bir bölgəni güc tətbiq edərək işğal etmək, bir milyona yaxın insanı sürgün etmək, orada hərbi qüvvə yerləşdirmək, sonra isə bölgənin gələcəyi üçün "referendum" keçirmək doğru deyil".

Bunu "Trend"ə İran parlamentinin sabiq deputatı Mənsur Həqiqətpur Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumun keçirməyi planlaşdırdığı "referendum"u şərh edərkən deyib.

M.Həqiqətpur bildirib ki, hazırda erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində "referendum" keçirmək qanuni deyil.

O qeyd edib: "Beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı bu "referendum"u qəbul etməyəcək və tanımayacaq. Əlbəttə ki, Azərbaycan dövləti və xalqının haqqıdır ki, bu addıma etiraz etsinlər. Bu cür addımlar dünyada meşə qanunlarının hökm sürməsinə yol aça bilər. Bu, doğru addım deyil. Əgər ölkələr güc tətbiq edib qeyri-qanuni istəklərini reallaşdırmaq istəsələr, dünyada anarxiyaya gətirib çıxarar. Qarabağın gələcəyi haqqında qərarı ancaq əsrlərlə orada yaşamış insanlar verə bilərlər" .