XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 10:14

“Putin yenidən prezident seçiləcək” –Proqnoz

Putin p

Bu ilin sonunda ruslarda iqtisadiyyatda problemlərin başa çatması haqqında hislər yaranacaq.

Bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı ekspert Vladislav İnozemçev söyləyib.

“Bu il üçün planlaşdırılan büdcə iqtisadi artıma səbəb olmayacaq. Çünki bu tip büdcə inkişaf üçün heç bir şərait yaratmır. Maraqlısı odur ki, bu ilin sonunda insanlarda iqtisadiyyatda problemlərin başa çatması haqqında hislər yaranacaq. Məncə, bu, Vladimir Putinin uğurlu seçki kampaniyası aparmasına kifayət edəcək. Hazırda insanların əsas istəyi vəziyyətin bundan daha pis olmamasıdır. Əgər onlar ilin sonunda vəziyyətin bundan pis olmamasını görsələr, o zaman yenidən Putin prezident seçiləcək”, – deyə o bildirib. /Axar.az