XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 10:28

Qabil Hüseynli:"İran işğalçı İrəvana yardım edən yeganə müsəlman ölkədir"

Qabil Hüseynli

Ruhaninin İrəvana səfərindən sonra Ermənistan-İran münasibətləri daha intensiv xarakter almağa başlayıb.

Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, İran Ermənistanla təkcə iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına böyük diqqət göstərir

“İranın Ermənistanla əlaqələri Azərbaycan torpaqlarının işğalı anından yaranıb və hazırda yüksələn xətlə inkişaf edir. Uzun müddətdir ki, Ermənistandan keçməklə Gürcüstana, hətta gələcəkdə buradan da Avropa bazarlarına çıxa biləcək qaz kəmərinin çəkilməsi haqqında ciddi danışıqlar gedir. Doğrudur, bu danışıqlarda Tiflis də müəyyən siyasi manevrlərə yol verdi. Ancaq o da bəllidir ki, Avropa İran qazının alınması ilə bağlı zərrə qədər də fikirləşmir. Üstəlik, Ermənistanın əlverişsiz relyefi belə tikintini perspektivsiz edir”.

Politoloq həmçinin Tehranın son zamanlar İrəvanın çatışmayan mallara olan ehtiyacını qarşılamasının da diqqətdən yayınmadığını bildirib

“İrəvan bazarlarında iranlı tacirlərin üstünlük təşkil etdiyinə dair məlumatlar var. Ən xoşagəlməz hal ondan ibarətdir ki, iranlı tacirlər Türkiyədən aldıqları yüksək keyfiyyətli malları İrandan keçirərək Ermənistana gətiməklə faktiki olaraq Türkiyənin bu ölkəyə qarşı olan blokadasını yarmış olurlar. Bu məsələdə Gürcüstan tacirləri də müəyyən rol oynayırlar. Hər halda İslam Əməkdaşlıq Təşkilatının Ermənistana qarşı bəyan etdiyi fikirlərə əhəmiyyət verməyən yeganə müsəlman dövləti İrandır”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Əl-Cəzirə” kanalına müsahibəsində təcavüzkar Ermənistanı İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin iqtisadi-siyasi baxımdan dəstəkləməsinin təəccüblü olduğunu bildirib “Bu erməni vəhşiliyi təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”. /Axar.az