XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 10:57

Fazil Mustafa:“Araz və Zərdüşt Əlizadə ziyalı ailədən çıxmış, yetərincə savadlı insanlardır”

fazil

“Araz və Zərdüşt Əlizadələrin mövqelərini bu qədər də aqressiv qarşılamaq lazım deyil. Hər iki şəxs ziyalı ailədən çıxmış, yetərincə savadlı insanlardır. Bir çox hallarda Zərdüşt Əlizadənin cəmiyyətimizlə, Yaxın Şərqlə bağlı təhlillərində olduqca faydalı tezislərə rast gəlirsən. Görünür siyasi arenada bizlərlə fərqli mövqelərdə olmuş Əlizadə qardaşları istər ideyalarının, istər təşkilatlarının sıradan çıxmasında daha çox Elçibəyi günahkar sayırlar, bu isə siyasi baxımdan yanlış yanaşmadır.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində deputat Fazil Mustafa son günlərdə mərhum prezidentlə bağlı qalmaqalı şərh edərkən deyib.

F. Mustafanın sözlərinə görə, Elçibəy ayrı bir cinahın lideri idi və o zaman Xalq Cəbhəsi təşkilatının daxilində baş vermiş siyasi mübarizənin xoşagəlməz yekunlarını ömürlük kin olaraq qəlbində yerləşdirmək təqdir olunacaq hal deyil: “Bəyənməmək, sevməmək, bəyənmək və sevmək qədər hər bir şəxsin haqqıdır, hüququdur. Türkləri də sevməyə bilərsən, qəbul etməyə bilərsən, ancaq təhqir səviyyəsinə varacaq qədər bir mövqe sərgiləmək yanlışdır. Buyurun, özünü necə tanıyırsan tanı və təbliğ et, başqasının tanıdığını da, inandığını da qəbul etməsən belə, təhqir etmə, aşağılama. Bu prinsipə əməl olunsa, ortada bu qədər gərginlik də qalmaz.