XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 11:42

Ombudsman Elmira Süleymanova Milli Məclisdə sonuncu hesabatını verəcək

 elmira

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub.

Milli Məclisdən verilən məlumata görə, E.Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.

Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır.

Bu, onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.

 E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir. (APA)