“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “referendum” qəbulolunmazdır”.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. Onun sözlərinə görə, qeyri-legitim rejimin keçirdiyi “referendum” Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək.
B.Qasimi əlavə edib ki, münaqişə yalnız dialoq yolu ilə həll oluna bilər.