XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 14:53

Deputat:“Mümkündür ki, Ziya Məmmədovun başqa sahədə çalışması məqsədəuyğun sayılsın”

ziya-memmedov-8.jpg

“Bir nazirin işdən çıxarılması islahat kimi xarakterizə oluna bilməz. Buna texniki məsələ kimi baxmaq daha doğru olardı. Prezident öz səlahiyyətindən istifadə edərək bir nazirliyin səlahiyyətini digərinə əlavə edib. Mümkündür ki, Ziya Məmmədovun da, digər iş yerlərini itirən təcrübəli məmurların da başqa sahədə çalışması məqsədəuyğun sayılsın.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin üzvü Fazil Mustafa "Musavat.com"a müsahibəsində deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, şəxslər üzərində bu qədər durulmasını doğru hesab etmir: “Bəzən deyirlər ki, uzun müddət işləyən bir yaşlı vəzifə sahibini daha gənci ilə əvəz etmək işin irəliyə aparılması baxımından faydalıdır. Ancaq elə təcrübəli dövlət xadimləri var ki, onların yerini və mövqeyini indiki vaxtda sınaq poliqonuna çevirmək olmaz. Dünyanın düz vaxtı bəlkə də buna müsbət yanaşmaq olar. Ancaq indi dünyanın düz vaxtı sayılmaz. Necə deyərlər, qonşuluğumuzda ara qarışıb, məzhəb itib. Bu dönəmi daha təcrübəli kadrlarla aşmaq təhlükəsizlik riskimizi xeyli azaldar”.

Deputat deyib ki, Ziya Məmmədovla isə hansısa təması olmayıb: “Ancaq tədbirlərdə, hüzür yerlərində epizodik söhbətlərim olub, məsul olduğu sahə üzrə bilgisi ilə bağlı, ümumi dünyagörüşü ilə bağlı təəsüratlarım müsbətdir. İslahatlara isə vətəndaşın məmnun qalmasa belə, mənafelərinin yaxşılaşmasına xidmət edən faydalı proses kimi baxmaq lazımdır. Hələ ki, mənim müşahidə etdiyim ən ciddi islahat “ASAN Xidmət” modelinin qurulmasıdır.