XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 19:16

Elmar Məmmədyarov Ukrayna Ali Radasının üzvləri ilə görüşüb

elmar rada

Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə bu il Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulanıb və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edilib.

Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana son səfəri və hər iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib.