XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 10:27

Əli İnsanov əfv olunacaq? –Komissiya üzvündən açıqlama

elimemmed

Martda imzalanacağı bildirilən əfv sərəncamı ilə bağlı hazırlıq işləri davam etdirilir. Artıq məhbuslar tərəfindən edilən 800-dən çox müraciətin 250-yə yaxınına baxılıb.

Strateq.az xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat"a açıqlamasında həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun əfvə düşüb-düşməyəcəyinə aydınlıq gətirib:

“Əli İnsanovun cəzasının müddəti başa çatmayıb. Biz bilmirik ki, onu təqsirləndirilən şəxs qismində digər hadisəyə görə məsuliyyətə cəlb ediblər, ya yox. Biz onu da bilmirik ki, bu məsələlərlə bağlı istintaqın rəyi nədən ibarətdir. Ona elan edilmiş cinayətdə onun təqsirsizlik prezumpsiyası var. Yeni iş üzrə İnsanovun barəsində məhkəmə qərarı olmadığına görə hər hansı bir fikir söyləmək düzgün olmaz.

Eyni zamanda bu, onun konstitusion hüquqlarının pozulması olar. İndiki şəraitdə nə qədər cəzası başa çatmasa da, əgər müraciət edərsə, onun müraciətinə baxıla bilər. Əvvəlki 11 illik cəzası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Yeni cinayət işi ilə bağlı hər hansı bir fikir söyləməklə günah işləmiş olaram. İstənilən halda, o, müraciət edərsə, mütləq onun müraciətinə baxılar. Onun müraciət edib-etməməsi ilə bağlı məndə məlumat yoxdur”.