XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

21 Fevral 2017 - 15:55

Bakıda oxuyan İranlı tələbələr bəyanat yaydı:"Xocalı soyqırımı erməni millətçilərinin etnik təmizləmə nümunəsidir”

iran azeri

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-Mədəni və İdman Birliyinin təmsilçiləri XX əsrin faciəsi olan Xocalı soyqırımının 25-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

İranın Azərbaycandakı səfirliyindən Strateq.az-a daxil olan bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Bəyanatda bildirilir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

“Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə belə hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Lakin Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almayıb”.

Artiq 25 ildir ki, dünya, o cümlədən də İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir və bu ağır və dəhşətli faciədə Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir.

Strateq.az