XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 16:58

“Bu postun ən layiqli namizədi odur” –Fazil Mustafadan 1-ci vitse-prezident təyinatına reaksiya

fazil-mustafa-09

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Millət vəkili Fazil Mustafa Xeber365.com-a açıqlamasında yeni təyinatla bağlı məsələyə münasibətini bildirib:

“Bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir. Mənim bu təyinata münasibətim müsbətdir. Mehriban xanım həm ölkə səviyyəsində, həm də beynəlxalq arenada kifayət qədər fəal siyasətçilərdən biridir. Hesab edirəm ki, bu postun ən layiqli namizədi odur”.

F.Mustafa “Birinci vitse-prezidentin səlahiyyətlərinə nələr daxil olacaq” sualına “Bu, qanunvericiliklə müəyyən olunacaq. Ola bilsin ki, bununla bağlı hər hansı əsasnamə, yaxud sərəncam qəbul ediləcək” cavabını verib.