"Xoşməramlı səfir, eyni zamanda Azərbaycanın siması olan Mehriban xanım, şübhəsiz ki, ölkənin beynəlxalq əlaqələrini genişləndirəcək və möhkəmləndirəcək, Azərbaycan Respublikasında iqtidarla vətəndaş cəmiyyətinin əlaqələrinə yeni səmimi çalarlar qatacaq".
Bu sözləri Azərtac-a müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatını şərh edərkən söyləyib.
Bu təyinatı Azərbaycanın ən müasir tarixində mühüm hadisə adlandıran deputat deyib: “Bu gün Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verib. Onun ən müasir tarixi ərzində ilk dəfə Birinci vitse-prezident təyin edilib. Bu vəzifəni Azərbaycanı çoxsaylı əhəmiyyətli beynəlxalq layihələrdə təmsil edən dünya şöhrətli ictimai xadim Mehriban Əliyeva tutub. Mehriban xanımın bu vəzifəyə təyin olunması Azərbaycanın siyasi sistemini möhkəmləndirən, dünyanın siyasi arenasında Azərbaycanın humanitar missiyasının əhəmiyyətini göstərən məntiqi addımdır. Bu qərarı yalnız alqışlamaq və yeni vəzifəsində Mehriban xanım Əliyevaya bol uğurlar arzu etmək olar.