ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirib.
"Trend"in məlumatına görə, görüşdə diplomatın həyat yoldaşı Anne Sekutada iştirak edib.
Görüş zamanı məcburi köçkünlər, 26 fevral gecəsi yaşadıqları dəhşətlər barəsində danışıblar. Diplomat isə ABŞ-ın Xocalı qurbanlarını yad etdiyini vurğulayıb.
R.Sekuta öz "Twitter" hesabında yazıb: “Biz müharibədə döyüşərək həlak olan, eləcə də münaqişədən əziyyət çəkən və vəfat edən bütün Xocalı qurbanlarını yad edirik. Biz qurbanları xatırlamalı, həmçinin həlak olanlar və sülhə ümidi olanlar üçün əmin-amanlığa nail olmaq məqsədilə irəli baxmalıyıq”.