XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 14:45

Avropa Komissiyasının vitse-prezidenti:“Bu qərarın Avropa üçün vacib olduğunu anlayırıq"

sestanvc

"Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq".

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında deyib. O, qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb.

M. Şevçoviç layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Vitse-prezident üçüncü dəfə bu toplantıya ev sahibliyi edən Azərbaycana təşəkkür edərək ötənilki son görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu söyləyib. O, prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.