XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 14:59

Qarabağda ölən erməni əsgəri Ermənistan vətəndaşıdır –FOTO

 

ermeni esg

Bu gecə Qarabağ cəbhəsinin şimal istiqamətində naməlum şəkildə ölən erməni hərbçi ilə bağlı əlavə məlumatlar yayılıb.

Fevralın 23-də gecəyarısı naməlum şəkildə ölən əsgər Ermənistanın Lori vilayətinin Çoçkan kəndindəndir. Lakin sonradan o, Vanadzora köçübmüş. Ailəli olan 26 yaşlı hərbçinin bir azyaşlı övladı qalıb. Q.Xudinyanın atası Frunzik Xudinyan isə Ermənistan polisində işləyir. Atası deyib ki, hərbçi oğlu silahla ehtiyatsız davranması nəticəsində qəlpə yarası alıb. Bəzi erməni mənbələri iddia edir ki, Azərbaycan mövqelərindən açılan atəşi cavablandırmaq istərkən erməni hərbçi silahla ehtiyatsız davranıb və ölümcül yaralanıb.

Diqqətçəkən odur ki, hərbçinin ölüm xəbərini Ermənistan Müdafiə Nazirliyi yox, Qarabağdakı oyuncaq “nazirlik” yayıb. Bununla İrəvan əsgərin “Qarabağ ordusu”na məxsus olduğunu göstərmək istəyib. Şübhə yoxdur ki, Sərksiyan hakimiyyəti bir tərəfdən Ermənistan vətəndaşlarının işğal altındakı ərazilərdə olması faktını beynəlxalq aləmdən gizlətməyə çalışır, həm də ölkədəki əsgər analarının növbəti etirazlarından çəkinir. Ancaq şübhə yoxdur ki, Ermənistan vətəndaşı olan əsgərin müqavilə ilə Azərbaycan ərazilərində xidmət keçərkən ölməsi Ermənistanda növbəti etirazlara səbəb olacaq. /Musavat.com