XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 17:58

“Ermənistan beynəlxalq sanksiyalara məruz qoyulmalıdır” –ADP-dən bəyanat

adp

Azərbaycan Demokrat Partiyası Xocalı soyqırımının  il dönümü ilə bağlı bəyanat qəbul edib. 

Partiyadan Strateq.az-a daxil olan bəyanatda deyilir:

"Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliam, bəşəriyyətə qarşı cinayət aktı kimi "Xolokost”, "Qolodomor” və s. genosid aktlarına bərabər tutulmalı və bütün sivil dövlətlər tərəfindən birmənalı olaraq pislənməli, soyqırımı törədən Ermənistan beynəlxalq sanksiyalara məruz qoyulmalıdır.   

Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının məntiqi davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu  məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.  

İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində  bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlarda ermənilərin Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirməsi mütləq nəzərə alınmalıdır. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər, o cümlədən, vasitəçilik missiyasını yerinə yetirən Fransa, ABŞ və Rusiya Xocalı soyqırımına dövlət səviyyəsində və birmənalı şəkildə hüquqi qiymət vermədən ədalətli vasitəçilik missiyasını yerinə yetirə bilməz. 

ADP hesab edir ki, Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca,  Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə həll edilə bilməz".