XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 21:43

Məhkəmə AXCP Ali Məclisinin üzvünü işinə bərpa etdi –QƏRAR 

 

sahib rustem

Bu gün Sabirabad Rayon Məhkəməsində hakim Malik Qarayevin sədrliyi ilə keçirilən prosesdə rayonun Türkədi kənd orta məktəbinin müəllimi Sahib Rüstəmlinin işə bərpa olunması barədə qətnamə çıxarılıb.

Bu barədə məlumatı "Virtualaz.org" saytının Şirvan bürosuna Sahib Rüstəmli özü verib.

Xatırladaq ki, Sahib Rüstəmli AXCP veteranı, həm də partiya Ali Məclisinin Sabirabad rayon şöbəsini təmsil edən üzvüdür. O ötən il oktyabrın 14-də fizika müəllimi işlədiyi Türkədi kənd orta məktəbindəki işindən əmək intizamını pozduğu əsas gətirilərək azad olunmuşdu. S.Rüstəmli isə işdən çıxarılmasını əsassız sayaraq Sabirabad Rayon Məhkəməsinə işə bərpa olunması iddiası ilə müraciət etmişdi.