XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 13:33

Numan Kurtulmuş:"Qərb XX əsrin ən vəhşi qətliamı olan Xocalı soyqırımına göz yumur"

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir.

"Trend"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

N.Kurtulmuş qeyd edib ki, beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda yaşanan qeyri-insani hərəkətlərə biganə qalmamalıdır.

Baş nazirin müavini Xocalı qətliamının ildönümü ilə bağlı açıqlamasında 25 il öncə Xocalıda erməni quldurları tərəfindən törədilən soyqırımı nifrətlə andığını vurğulayıb: "Unutmadıq, unutdurmayacağıq".

N.Kurtulmuş hər fürsətdə ermənilərin saxta iddialarının təbliğatını aparan Qərb dünyasının 20-ci ərsin ən vəhşi qətliamlarından biri olan Xocalı soyqırımına göz yumduğunu deyib:

"Azərbaycanlı qardaşlarımın ağrı-acısının bizim ağrı-acımız olduğunu xatırladır, Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm".