Bu günki sistem nə parlament, nə prezident, nə də yarıprezident sistemidir
Türkiyəninn baş naziri Əhməd Davudoğlu bildirib ki, ölkənin prezident idarə üsuluna keçməyə ehtiyacı var.
Strateq.az Habertürkə əsasən xəbər verir ki, o deyib: “Türkiyə üçün prezident sistemi düzgün olardı. Bu günki sistem nə parlament, nə prezident, nə də yarıprezident sistemidir”.
O, əlavə edib ki, Türkiyənin siyasi sistemində hakimiyyət bölgüsü tam müəyyənləşməyib: “Prezident sisteminə doğru təkamül mühüm önəmə malikdir. Buna görə də
mənim təşəbbüsümlə AKP-nin seçkiqabağı proqramına buna keçid barədə bənd daxil ediləcək”.
Qeyd edək ki, ölkə prezidenti Ərdoğan da eyni fikri dəstəkləyir.