XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 21:12

Rusiya Siyasi Texnologiyalar Mərkəzi:“Putin Trampa MDB-ni nufuz dairələrinə bölməyi təklif edə bilər”

putin tramp

 “Əgər Rusiya ABŞ-la yeni saziş bağlayarsa, çox istərdi ki, “Yeni Yalta” əldə etsin. Yəni Avropada, üstəgəl MDB-də nüfuz dairələrinin bölünməsi…Ancaq bu, Moskvanın istəyidir. Bəs, bunun əvəzində, o, Amerikaya nə təklif edə bilər?".

Strateq.az bildirir ki, bu sözləri Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin bildirib.

Onun sözlərinə görə, Moskva ikinci dünya müharibəsinin sonunda olduğu kimi, ABŞ-la yeni genişmiqyaslı sazişə nail olmaq istərdi. Amma Trampın belə sövdələşməyə gedib-getməyəcəyi böyük sual altındadır.

Makarkin qeyd edib ki, Moskva ABŞ-a yalnız antiterror koalisiyasından savayı heç nə təklif edə bilməz:

“Ola bilər Rusiya ABŞ-a İŞİD-ə qarşı koalisiyada iştirakını təklif etsin. Düzdür, Moskva hələ də xatırlayır ki, “Əl-Qaidə”yə qarşı mübarizədə Amerika ilə bir yerdə olub. Bu isə yaxşı nəticə ilə yekunlaşmayıb. 2003-cü ildə İraqa qarşı müharibə başlananda isə Moskvaya sadəcə qulaq asmadılar”.

Politoloqun fikrincə, həmin koalisiya Qərblə strateji yox, situativ birlik olub: “Bu gün Moskva İŞİD-ə qarşı koalisiyada iştirak etmək istərdi. Amma sual açıq qalır: Nəyin müqabilində?”.

Makarkinin sözlərinə görə, Rusiyanın xüsusi nəsə təklif etməyə daha heç nəyi qalmayıb.

Moskvanın deyir kİi, Rusiyanın Yaxın Şərqdəki proseslərdə çox ilişib qalmaq və uzağa getmək fikri yoxdur:

“Moskva əməkdaşlıq üçün nə təklif edə bilər? Ən sadəsi Donetsk və Luqanskdır. Amma burada rus generalları bunun əleyhinə olacaq. Hərbiçilərin bu müharibədə çox ciddi maraqları var. Nə etməli? Hər şeyi yarımçıq qoyub çıxmaq?

Əlbəttə, rus elitasının çox hissəsi üçün bu, qeyri-məqbuldur və buna məğlubiyyət kimi baxacaqlar”.