XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 16:15

Türkiyəli nazir:“Kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq”

nihat-zeybekci

Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.

Mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri, tələbələr iştirak ediblər.

N. Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: “Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.

N. Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb.   (APA)