XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 11:39

Mübariz Qurbanlı:“Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscid yoxdur”

mubariz

“Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscidimiz yoxdur. Bütün məscidlərimiz bu gün islami dəyərlərimizə və mövcud qanunvericiliyin tələblərinə əməl edən məscidlərdir”.

Strateq.az bildirir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, məscidlərdə rəsmi surətdə fəaliyyət göstərən təyinatlı imamları, axundları xütbələr, moizələr oxuyarkən tam şəkildə qaydalara əməl edirlər: “Məscidlərimizdə moizələrdə, xütbələrdə əsl islami dəyərlər, Qurani-Kərimdən irəli gələn müddəalar və peyğəmbər sünnəsinə aid müddəalar səsləndirilir. Digər radikal qrupların məscidin minbərindən öz mənhus məqsədləri üçün istifadəsi mümkünsüzdür. Buna heç vaxt yol verilmir və verilməyəcək”.  

M.Qurbanlı deyib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri dini radikalizmə qarşı mübarizədir: “Dini radikalizmə qarşı mübarizə dedikdə biz din adı altında İslamı gözdən salmağa cəhd edən  qrupları, dairələri nəzərdə tuturuq. Bu qruplar İslam adı altında əslində İslamın özünə zərbə vururlar. Bu gün Suriya, İraq və Yaxın Şərqdəki digər ölkələrdə həmin dini radikal qrupların “fəaliyyəti”nin mənfi nəticələrini görürük. Dini radikal qrupların bu cür əməllərinin nəticəsidir ki, Avropadakı İslam əleyhdarları bu amildən İslam dininə qarşı bir vasitə kimi istifadə etməyə çalışırlar”.

Komitə sədrinin sözlərinə görə, bu gün əhalisinin təqribən 7-8 faizi İslam dininin daşıyıcıları olan Avropa ölkələrindəki məscidlər, İslam icmaları həqiqi İslamı nümayiş etdirə bilirlər. Lakin bəzi dini radikal qrupların mənfi əməlləri Avropada sıradan insanlarda İslama qarşı müəyyən mənada şübhə, inamsızlıq yaradır. Eyni zamanda, Avropada siyasi qruplar içərisində radikallaşan millətçi dairələr var ki, onlar bundan sui-istifadə edir və öz təbliğatlarında islamofobiya elementlərini açıq şəkildə nümayiş etdirirlər.