XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 15:10

Siyasi icmalçı Azər Rəşidoğlu:“Bu məsələdə müxalifət ali baş komandanın əmrinə tabe olacaq”

azer residoqlu

“Son günlər baş verənlər göstərdi ki, Azərbaycan Qarabağda savaş başlayarsa, Azərbaycan cəmiyyətində, ölkəmizdə iqtidarla müxalifət birlik nümayiş etdirəcək. Bu məsələdə ali baş komandanın və müdafiə nazirinin əmrinə tabe olacaq.

Strateq.az bildirir ki, bu sözləri tanınmış siyasi icmalçı Azər Rəşidoğlu “Şərq” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi bizi birləşdirən yeganə dəyərdir və bu məsələdə mətbuat, iqtidar və müxalifət arasında ayrıseçkiliyi yoxdur: “Hamının hədəfi eynidir. Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir və Sarkisyanın vəziyyəti onsuz da yaxşı deyil. Bu mənada o , Qarabağ kartından növbəti dəfə istifadə etmək istəyir. Güman edirəm ki, Azərbaycan əhalisi artıq öz torpaqlarını azad etmək haqda düşünməlidir. Bu məsələdə bizdə birlik mövcuddur. Torpaqlarımızı azad etməyə başlamalıyıq".