XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2017 - 11:43

55 siyasi partiyadan 4-ü MSK-ya hesabat verib –MSK-dan açıqlama

msk

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 4-ü Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O bildirib ki, illik maliyyə hesabatını təqdim edən partiyalar hakim Yeni Azərbaycan Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

N.Məmmədov qeyd edib ki, partiyaların illik maliyyə hesabatının təqdim olunması ilə bağlı maarifləndirmə tədbirləri ötən il olduğu kimi bu il də keçiriləcək.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. /"Report"