XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 15:33

Tofiq Zülfüqarov:“Dağlıq Qarabağ erməniləri danışıqlara tərəf kimi 1992-ci ilin iyununda qatılıb”

tofiq-z-1

“Dağlıq Qarabağ erməniləri Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda maraqlı tərəf kimi ilk dəfə 1992-ci ilin iyununda  iştirak ediblər. Qeyd edim ki, Minsk Qrupu çərçivəsində danışıqlar Azərbaycanın xarici işlər naziri Tofiq Qasımovun razılığından sonra başlandı. O, bu barədə razılığını 1992-ci ilin mayında, Şuşa və Laçının işğalından sonra Lissabonda ABŞ dövlət katibi Uorren Kristoferlə keçirdiyi görüşdən sonra vermişdi”.

Strateq.az bildirir ki, bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə AXCP üzvünün ona ünvanladığı sorğuya cavabında yazıb.  AXCP üzvü Elnur Sadıqov Qarabağ ermənilərinin tərəf kimi danışıqlar prosesində iştirakını indiki iqtidarın həyata keçirdiyini yazıb.

T. Zülfüqarov bunu təkzib edib: “1992-ci ilin iyun ayında Romada keçirilən danışıqlarda Azərbaycan nümayəndə heyətinə Ali Sovetdəki “Demokratik Bloku”nun təmsilçisi olan deputat Nadir Mehdiyev rəhbərlik edirdi. Mən və Elçin Əmirbəyov nümayəndə heyətinin üzvü idik. Məhz o zaman Dağlıq Qarabağ erməniləri ilk dəfə maraqlı tərəf kimi danışıqlar masasında oturdular”.