XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 18:01

Gülər Əhmədova:“Mənimlə bağlı siyasi oyun rəsmən iflasa uğradı, MTN heç nə hesablaya bilmirdi”

guler-ehmedova

 

“Mənimlə bağlı baş verənlər bir siyası oyun idi. Amma bu siyasi oyun rəsmən iflasa uğradı. MTN heç nə hesablaya bilmirdi. Elə hesablaya bilmirdilər deyə də, axırı belə qurtardı”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin sabiq deputatı Gülər Əhmədova "Pia.az" saytına müsahibəsində həbsi ilə bağlı danışarkən deyib.

Deputat bununla da başına gələn hadisələrə görə keçmiş MTN-I ittham edib: “Bu oyunu quranlar hesab edirdilər ki, mən bir qadın kimi bütün bunları düşünüb hər şeyə boyun əyərək bu şantajlara qol çəkməli idim. Amma yəqin ki, o insanlar mənim imanımı, Allaha, haqqa bağlılığımı hesablamamışdılar. Mən də bununla izah edirəm ki, bu adamların özünün haqqdan xəbər yoxdur”.

G.Əhmədova deyib ki, həbsindən əvvəl ona çox böyük şərlər atılıb: “Hətta Gebbelsin siyasətinə uyğun şərlər var idi. Bütün siyasi günahları məndə görürdülər. Hətta fikirləşirdim 11 sentyabr hadisəsinin günahını da mənim üstümə atacaqlar. Mənə ən pis təsir edən amil, insanların bu informasiyaları yeməsi idi. İnsanlar düşünmürdülər ki, bu qədər də ola bilməz. İnsanlar düşünməliydilər ki, xeyirxah olan biri bu cür işləri necə görə bilərdi? Amma düşünmədilər və yayılan informasiyaları həzm etdilər. Bu da çox pisdir və bu hal tək mənim üçün pis deyil. Bu hal bu gün Azərbaycanda siyasətlə məşğul olan hər kəs üçün pisdir”.